ABŞ və Yaponiya sentyabrın 11-də “Resolute Dragon 25” adlı genişmiqyaslı hərbi təlimlərə start verib.
Doğru.az xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, təlimlər eyni vaxtda ölkənin üç regionunda – Okinava, Kyuşu və Hokkaydo adalarında keçirilir.
Təlim ssenarilərində cənub, mərkəzi və şimal istiqamətlərində müdafiə tədbirləri nəzərdə tutulur. Buraya ilk dəfə ABŞ-ın ən son orta mənzilli raket sistemi “Typhon”un sınaqları da daxildir.
Məlumata görə, manevrlərdə Yaponiyanın Özünümüdafiə Qüvvələrindən 14 mindən çox hərbçi, ABŞ Silahlı Qüvvələrindən isə təxminən 5 min hərbçi iştirak edir.
Xatırladaq ki, avqustun sonunda Kyodo ABŞ və Yaponiyanın “Typhon” sistemlərinin yerləşdirilməsi üçün təlimlər planlaşdırdığını açıqlamışdı.
DOĞRU.AZ