RU

Rusiyada təxminən 90% miqrant uşaqları məktəbə gedə bilməyəcək

Yeni qəbul edilən qaydaya əsasən rus dili testindən keçə bilməyən miqrant uşaqları məktəbdən kənarda qalacaqlar...

Poliqon Rusiyanın "Kommersant" qəzetinə istinadən xəbər verir ki, Rusiyada 1 aprel tarixindən etibarən məktəbə qəbul üçün tətbiq edilən rus dili testini əksər xarici uşaq namizədləri keçə bilməyib. Son beş ay ərzində məktəbə qəbul üçün ümumilikdə 23,6 min müraciət daxil olsa da, yalnız təxminən 8 min uşaq imtahana buraxılıb.

Müraciət edən uşaqların yarısı testin tapşırıqlarını yerinə yetirə bilməyib. Regional nümayəndələrin verdiyi məlumata görə, uşaqların çətinlik yaşamasının əsas səbəbi rus dilini kifayət qədər öyrənməmələri və “məhdud nitq praktikasının” olmasıdır.

Bəzi federal subyektlərdə isə xarici şagirdlərin sayı əvvəlki illərlə müqayisədə yeddi-on dəfə azalıb. Bu vəziyyət regional təhsil orqanlarını ciddi narahat edir və miqrant uşaqların təhsil imkanlarını məhdudlaşdırır.

Ekspertlər bildirirlər ki, belə test tələbləri miqrant ailələrin uşaqlarının təhsil hüquqlarına əngəl törədir və onların inteqrasiyasını çətinləşdirir. Məktəb rəhbərləri isə əlavə dəstək proqramlarının tətbiq edilməsinin vacibliyini vurğulayırlar.

Poliqon.info

Избранный
69
poliqon.info

1Источники