RU

“AMEA nın Döş Nişanı” təsis edilib

ain.az, Xalq qazeti portalına istinadən məlumat verir.

AMEA-nın Rəyasət Heyətinin iclasında müzakirəyə çıxarılan növbəti məsələ “AMEA-nın Döş Nişanı”nın təsis edilməsi haqqında olub. 

Bu məsələnin Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamının icrası istiqamətində atılan addımların davamı olduğunu deyən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiyanın tarixində ilk dəfə olaraq döş nişanının təsis edildiyini diqqətə çatdırıb. “AMEA-nın Döş nişanı”nın elmin inkişafına böyük töhfələr verən və mühüm nəticələr əldə etmiş alimlərə təqdim olunacağını bildirib və Rəyasət Heyəti tərəfindən döş nişanının Əsasnaməsi təsdiq edilib.

Bununla yanaşı, Akademiyanın 80 illik yubileyi çərçivəsində “AMEA-nın Üzeyir Hacıbəyli döş nişanı”nın, “AMEA-nın Əziz Sancar döş nişanı”nın, “AMEA-nın Yusif Məmmədəliyev döş nişanı”nın və  “AMEA-nın Lev Landau döş nişanı”nın təsis olunması haqqında qərarlar qəbul olunub.

Müşfiq MirzəXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
3
xalqqazeti.az

4Источники