RU

Macarıstanda neft yatağı kəşf edilib

Macarıstanda gündə təxminən min barel neft hasil edə biləcək yeni neft yatağı kəşf olunub. Vətəninfo.az xəbər verir ki, bu barədə ölkənin aparıcı neft-qaz şirkəti MOL məlumat verib.

Hesabatda qeyd olunur ki, geoloji tədqiqatlar O&GD şirkəti ilə birgə aparılıb. Qalqahəviz şəhəri yaxınlığında yerləşən yeni quyu, MOL Group-un ümumi hasilatının təxminən 0,5%-ni təşkil edəcək.

Yeni yatağın ehtiyatları təxminən 2,4 kilometr dərinlikdə yerləşir. Hasil ediləcək neftin Szajalombatte şəhərindəki Dunay neft emalı zavodunda emal olunması planlaşdırılır.

MOL Macarıstanın idarəedici direktoru Georgi Baksın sözlərinə görə, bu mədən ölkənin enerji təhlükəsizliyinə mühüm töhfə verə bilər:

“Yerli istehsal ölkəmizin enerji təminatında idxaldan asılılığı azaltmağa imkan verir”.

Qeyd edək ki, avqust ayında Britaniyanın British Petroleum (BP) şirkəti Braziliyada son 25 ildəki ən böyük neft-qaz yatağını kəşf etmişdi.

Bu yataq BP şirkətinin bu il ərzində kəşf etdiyi onuncu mədən olub. O, Braziliyanın cənub-şərqində, Rio-de-Janeyrodan 400 kilometr məsafədə yerləşən Santos hövzəsində yerləşir və 300 kvadrat kilometrdən çox ərazini əhatə edir.

Избранный
31
veteninfo.az

1Источники