Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları" mövzusunda beynəlxalq elmi simpozium keçiriləcək.
Operativ Media xəbər verir ki, bu barədə AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında qərar verilib.
Məlumata əsasən, simpozium sentyabrın 25-26-da AMEA-nın Folklor İnstitutunun, Mədəniyyət Nazirliyinin, Türk Mədəniyyəti və İrsi Fondunun və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə keçiriləcək.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, simpozium Türk dünyası ilə əlaqələrin genişləndirilməsi istiqamətində atılmış mühüm addımdır və humanitar və ictimai elmlərin inkişafına öz töhfəsini verəcək.
AMEA-nın Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru, dosent Hikmət Quliyev bildirib ki, tədbirdə dünyanın 10-dan artıq ölkəsindən, o cümlədən türk dövlətlərindən folklorşünaslıq, sənətşünaslıq, mədəniyyətşünaslıq, musiqişünaslıq sahələri üzrə alim və mütəxəssislər tərəfindən məruzələrin təqdim ediləcək.