BAKI, 11 sentyabr. TELEQRAF
"İbtidai sinifdə oxuyub-anlama qabiliyyətini artırmaq lazımdır".
Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media brifinqində deyib.
O bildirib ki, anlamaq çox önəmlidir.
"Üzündən sürətli oxumaq anlamaq deyil. Oxuyub-anlama məsələsində problem var. Dərsliklərdə uşağa oxuyub-anlamanı öyrədəcək şeirlər, yazılar olmalıdır", - nazir əlavə edib.