RU

Həyat yoldaşını itirdi, ehsan əvəzinə kəndə asfalt çəkdirdi – Video


Həyat yoldaşı vəfat edən şəxs ehsan vermək əvəzinə kəndin yoluna asfalt çəkdirib.
Yeniavaz.com
Xəzər TV-yə istinadən xəbər verir ki, belə bir nümunəvi hal Abşeron rayonunun Fatmayı kəndində baş verib.
Kənd sakini 68 yaşlı Şasif Allahverdiyev dünyasını dəyişmiş xanımı Firəngiz Allahverdiyeva üçün təmtəraqlı ehsan verməkdənsə, yol çəkdirməyi seçib. Ailənin 4 qız övladı da ataları ilə birlikdə bu təşəbbüsə dəstək verib. Onların sözlərinə görə, əsas məqsəd həm doğmalarının ruhuna dua etmək, həm də kənd əhalisinə gündəlik həyatda fayda verən bir xeyir işi gerçəkləşdirmək olub.
Daha ətraflı:
Избранный
5
4
yeniavaz.com

5Источники