RU

"Monitorinqlər nəticəsində bağçalarda 20 milyon manata qədər vəsaitə qənaət edilib" - Nazir

"Aparaılan monitorinqlər nəticəsində bağçalarda 18 müəssisə rəhbəri işindən azad olunub".

Ölkə.Az xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair brifinqdə deyib. O bildirib ki, nəzarət tədbirləri nəticəsində 20 milyon manata yaxın vəsaitə qənaət edilib.

Nazirin sözlərinə görə, bu istiqamətdə irəliyə doğru addımlar atılıb.

"Bu, bəzən cəmiyyət tərəfindən başa düşülümür.
Əvvəl məktəbəqədər müəssisələrdə ştatdan artıq işçi götürülürdü. Buna ciddi şəkildə nəzarət edirik. 
18 rəqəmi onunla əlaqədardır ki, məktəbəqədər təhsil tam mərkəzləşib və elektron qeydiyyat mümkündür. Artıq bağça müdiri ilə ünsiyyət qurmağa ehtiyac yoxdur".
Billurə

Избранный
25
1
olke.az

2Источники