Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Ukrayna ordusu Novorossiysk sahillərində Qara dəniz donanmasına məxsus gəmiyə zərbələr endirib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məlumata görə, suüstü dron gəminin naviqasiya və rabitə avadanlığının da yerləşdiyi idarəetmə sisteminə uğurla zərbə endirib.
Zərbə nəticəsində gəminin radioelektron kəşfiyyat sistemi sıradan çıxarılıb.
Qeyd edək ki, 2015-ci ildə buraxılan gəminin qiyməti 60 milyon dollardır və Rusiyada bunlardan cəmi 4 ədəddir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.