Son illərdə ölkədə təhsil infrastrukturu əhəmiyyətli dərəcədə yenilənib. 1news.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən media brifinqində bildirib. Nazirin sözlərinə görə, bu dövrdə qəzalı vəziyyətdə olan məktəblərin sayı da 2 dəfədən çox azalıb: “Hazırda qəzalı məktəblərin sayı 400-ə enib”, – deyə Emin Əmrullayev vurğulayıb.