RU

AMEA əməkdaşlarının rəsm sərgisi təşkil olunacaq

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 16-da saat 17:00-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda AMEA əməkdaşlarının rəsm əsərlərindən ibarət sərgisi təşkil olunacaq.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, sərginin keçirilməsində məqsəd əməkdaşların yaradıcılıq qabiliyyəti və bədii istedadlarını üzə çıxarmaq, onların elmi fəaliyyətlə yanaşı, mədəni-mənəvi zənginliklərini nümayiş etdirmək və şəxsi yaradıcılıq potensialını geniş ictimaiyyətə təqdim etmək, elm və incəsənət arasında qarşılıqlı əlaqəni, onların bir-birini tamamlayan sahələr olduğunu göstərmək, həmçinin əməkdaşların yaradıcılıq nümunələri vasitəsilə elmi ictimaiyyətin insanyönümlü və estetik tərəflərini ön plana çəkməkdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
14
azertag.az

1Источники