RU

“Qarabağ” dünya reytinqində 38 pillə irəlilədi

Azərbaycanın “Qarabağ”, “Zirə”, “Sabah” və “Araz-Naxçıvan” klublarının dünya reytinqindəki mövqeləri müəyyənləşib.

Arena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu gün klubların yeni dünya reytinqini açıqlayıb.

İFFHS-in cədvəlində planetin 506 ən yaxşı komandası yer alıb. Siyahıda Azərbaycanı 4 klub təmsil edib. “Qarabağ” 154,75 xalla dünyada 96-cıdır. Ağdam klubu ötən ayla müqayisədə 38 pillə irəliləyib.

Digər klublarımızdan “Sabah” (79,25) 264-cü pillədən 302-yə geriləyib. “Araz-Naxçıvan” (70,25) 363-cü mövqedən 355-ə qalxıb. “Zirə” (68) isə 274-dən 380-ə düşüb.

Dünya reytinqinə 543 xalı olan Fransa çempionu PSJ rəhbərlik edir. İspaniyanın “Real” klubu 494 xalla ikincidir. İlk üçlüyü İngiltərənin “Çelsi” klubu qapayır – 483 xal.

Reytinq siyahısının ilk 20 pilləsində qərarlaşmış komandaların siyahısını təqdim edirik:

  1. PSJ (Fransa) – 543
  2. “Real” (Madrid, İspaniya) – 494 xal
  3. “Çelsi” (İngiltərə) – 483
  4. “İnter” (Milan, İtaliya) – 460
  5. “Barselona” (İspaniya) – 425
  6. “Bayern” (Almaniya) – 417
  7. “Borussiya” (Dortmund, Almaniya) – 369
  8. “Flamenqo” (Braziliya) – 364
  9. “Arsenal” (İngiltərə) – 359
  10. “Atletiko” (Madrid, İspaniya) – 349
  11. “Liverpul” (İngiltərə) – 343
  12. “Benfika” (Portuqaliya) – 341
  13. “Palmeyras” (Braziliya) – 327
  14. “Aston Villa” (İngiltərə) – 323
  15. “Botafoqo” (Braziliya) – 319
  16. “Yuventus” (İtaliya) – 315
  17. “Mançester Siti” (İngiltərə) – 314
  18. “Brügge” (Belçika) – 306
  19. “Atletik” (Bilbao, İspaniya) – 290
  20. “Fluminense” (Braziliya) – 282
error: Məzmun qorunur!
Избранный
28
2
arena.az

10Источники