RU

Almaniya silah və əsgərlərin daşınması üçün gizli dəmir yolu çəkib

Almaniya NATO-nun şərq cinahına ağır texnika və hərbi qüvvələrin operativ şəkildə daşınmasını təmin etmək məqsədilə gizli hərbi dəmir yolu şəbəkəsinin tikintisini demək olar ki, başa çatdırıb. Vətəninfo.az xəbər verir ki, bu barədə “Der Tagesspiegel” nəşri məlumat yayıb.

Mənbənin yazdığına görə, Almaniya hakimiyyətinin təşəbbüsü ilə inşa edilən bu yeni marşrut Baltik limanlarından başlayaraq Polşa ərazisindən keçib Krakov yaxınlığındakı logistik mərkəzə qədər uzanır və Qərbi Ukraynaya yönəlir.

Bu dəmir yolunun tikintisi, Ukraynanın silah tədarükünün sürətləndirilməsi ilə bağlı çağırışlarına cavab olaraq həyata keçirilib. Artıq marşrut boyunca müntəzəm silah və texnika daşımaları həyata keçirilir.

Daşımaların əsas operatoru isə Almaniyanın dövlətə məxsus Deutsche Bahn nəqliyyat şirkətidir.

Избранный
10
veteninfo.az

1Источники