RU

Meksikada qaz sisterninin partlaması nəticəsində azı üç nəfər ölüb

Bakı, 11 sentyabr, AZƏRTAC

Meksikanın paytaxtı Mexikoda qaz sisterni daşıyan yük maşınının qəzaya uğraması və partlaması nəticəsində azı üç nəfər həlak olub, 70 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

AZƏRTAC xəbər verir ki, WAM agentliyinin məlumatına görə, yaralılar təcili olaraq yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Həkimlər onlardan 19-nun vəziyyətini ağır olaraq qiymətləndirir.

Hadisə sentyabrın 10-da şəhərin cənub hissəsində, magistral yol üzərində yerləşən körpünün altında baş verib. Partlayış nəticəsində, həmçinin 30-a yaxın avtomobilin yandığı bildirilir.

Mexiko şəhərinin meri Klara Bruqada baş verənləri “fövqəladə vəziyyət” adlandırıb. Hazırda faktla bağlı araşdırma aparılır.

 

 

 

Избранный
36
azertag.az

1Источники