RU

Türkiyədə məşhur kanallar dövlət nəzarətinə götürüldü

İstanbul Küçükçekməcə Baş Prokurorluğu tərəfindən aparılan genişmiqyaslı araşdırma çərçivəsində "Can" Holdinq şirkətinə bağlı 121 şirkət dövlət nəzarətinə götürülüb.

Moderator.az xəbər verir ki, holdinq rəhbərləri barəsində “çirkli pulların yuyulması”, “qaçaqmalçılıq” və “cinayətkar təşkilat qurma” ittihamları irəli sürülüb.

Müsadirə edilən 121 şirkət arasında Show TV, Show Türk, Habertürk TV, Bloomberg HT, haberturk.com, Habertürk Radiosu, eləcə də bir çox jurnal və internet saytı da yer alır.

Qeyd edək ki, holdinqin sahibi Mehmet Şakir Can, Kemal Can və Kenan Tekdağ da daxil olmaqla, ümumilikdə 8 nəfər barəsində həbs qərarı çıxarılıb.

Избранный
20
3
moderator.az

4Источники