RU

Rusiyanın Qara dəniz donanmasının gəmisi vuruldu

Novorossiysk yaxınlığındakı Qara dəniz sularında Ukrayna hərbçiləri Rusiyanın Qara Dəniz Donanmasının gəmisini sıradan çıxarıblar.

Publika.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" nəşri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin "Telegram" kanalına istinadən xəbər verir.

Bildirilir ki, hücum sentyabrın 10-da baş verib. Kəşfiyyatçıların verdiyi məlumata görə, Qara dəniz bölgəsində Ukrayna Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələri Rusiyanın daha bir bahalı hərbi hədəfini - Rusiya Qara Dəniz Donanmasının MPSV07 çoxməqsədli gəmisini uğurla məhv edib.

Qeyd edək ki, ruslar sözügedən gəmini 2015-ci ildə istismara veriblər. Gəminin dəyəri təxminən 60 milyon dollardır və Rusiya donanmasında cəmi dörd belə gəmi var. MPSV07 müasir dalğıc kompleksləri, uzaqdan idarə olunan cihazlar, yan-skan sonar və elektron kəşfiyyat avadanlıqları ilə təchiz edilib.

Hücum nəticəsində gəmi sıradan çıxıb və böyük məbləğdə əsaslı təmirə ehtiyacı var.

Избранный
11
publika.az

1Источники