RU

Qəbələdə ağır qəza: ölən var

Qəbələ rayonunun Zarağan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib, vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıblar.

Gundem.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mersedes" markalı minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib, sürücü və sərnişin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1989-cu il təvəllüdlü Elşən Əli oğlu Səmədovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Həmçinin, xilasedicilər şəxsiyyəti məlum olmayan sərnişinin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Избранный
18
30
gundem.az

10Источники