RU

Məktəb direktorları işdən niyə çıxarılır? Nazir səbəbləri açıqladı

Ötən il 28 məktəb direktorunun fəaliyyəti dayandırılıb.

News24.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün keçirilən brifinqdə bildirib ki, monitorinqlər nəticəsində ötən il 28 məktəb direktorunun fəaliyyətinə xitam verilib.

Nazir qeyd edib ki, direktorların fəaliyyətinə müdaxilə əsasən məktəblərdə tədrisin keyfiyyəti, idarəetmə səviyyəsi və rəhbərlik standartlarının qorunması məqsədilə həyata keçirilib.

O, əlavə edib ki, bu tədbirlər ölkədə təhsilin səviyyəsini yüksəltmək və məktəb idarəçiliyində şəffaflığı təmin etmək üçün davam etdiriləcək.


Aqil Qarayev


Избранный
81
news24.az

1Источники