RU

Paytaxtda tıxac dözülməz həddə çatıb – Səbəb nədir?

Son bir həftədir tıxaclar artıq dözülməz həddə çatıb. Dünən axşam saat 19:55-də İTV-dən çıxdım. Düz bir saat sonra, 20:55-də ancaq Heydər Əliyev prospektinə çata bildim. O qədər yubanmışdım ki, üzü Siyəzənə getsəydim bəlkə də daha tez çatardım.

Tribunainfo.az xəbər verir ki, bu barədə radio aparıcısı, dj Tural Yusifov paylaşım edib. O bildirib ki, saatlarla davam edən tıxac olsa da, sıxlığın səbəbi məlum deyil:

“Ən qəribəsi isə budur ki, tıxacdan çıxanda niyə orada ilişib qaldığımı anlamadım. Konkret səbəb yox idi.
Avtobus zolağı olan yollarda isə avtobuslar yanımızdan rahat keçib gedirdi. Onlar bizdən qat-qat şanslı idilər.
Sizcə, son vaxtlar bu qədər ləngimələrin artma səbəbi nədir? Nə baş verir?”.

Gülşən Rəsul

Избранный
6
2
tribunainfo.az

4Источники