RU

Babək və Ordubad rayonları ərazisində hərbi sursatlar aşkarlanıb - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda Babək və Ordubad rayonları ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub. FHN-in mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, məlumatlarla əlaqədar dərhal nazirliyin müvafiq qrumunun əməkdaşları hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd F1 əl qumbarasının gövdə hissəsi, 3 ədəd 100 mm-lik top mərmisi, 1 ədəd 85 mm-lik top mərmisi, 1 ədəd 76 mm-lik top mərmisi, 2 ədəd “BMP-1” mərmisi, 6 ədəd 57 mm-lik “ZİS-2” top mərmisi, 37 ədəd 30 mm-lik “AQS-17” mərmisi, 11 ədəd “2A42 BMP-2” mərmisi, 31 ədəd 12 mm-lik “PK” gilizi, 3 ədəd “MVC” tank əlehinə minaatanın partladıcısı, 25 ədəd “2A42 BMP-2” gülləsi, 2 ədəd 76 mm-lik top mərmisinin qalığı, 16 ədəd “RPQ-7” mərmisinin idarə olunmayan mühərriki, 43 ədəd müxtəlif çaplı minaatan mərmisinin arxa pəri və 3 ədəd müxtəlif çaplı mərminin döyüş başlığı olduğu müəyyən edilib.

Sursatlar zərərsizləşdirilməsi üçün ərazidən götürülüb.

Избранный
38
8
sia.az

10Источники