RU

Simonyan qəzəbləndi: Sizin sülhdən danışmağa ixtiyarınız yoxdur

BAKI, 11 sentyabr. TELEQRAF

Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanla ölkəsi arasındakı sülh prosesinə qarşı çıxan yerli müxalifətə sərt reaksiya verib.

Teleqraf xəbər verir ki, o, jurnalistlərə açıqlamasında müxalifətin sülh gündəmi barədə danışmağa ixtiyarının olmadığını bildirib.

“Başqa gündəm yoxdursa, siz sülh gündəminizi dilə gətirə bilməzsiniz”, - spiker qeyd edib.

Jurnalist sualında “müxalifət” sözünü qeyd edəndə Simonyan onun sözünü kəsib:

“Hansı müxalifət? Parlamentdə müxalifət yoxdur. Artıq parlamentdə müxalifət yoxdur. Bəzi şəxslər var ki, gələcək parlamentdə görünmək üçün indi başqa siyasi qüvvələrdə özlərinə yer axtarırlar. Artıq Ermənistan parlamentində müxalifət yoxdur”.

Избранный
51
teleqraf.com

1Источники