Sərəncamın icrası ilə bağlı ölkəmizdə silsilə tədbir və layihələr gerçəkləşdirilir. Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi, Azərbaycan Dövlət Film Fondu və Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə yazıçının ssenari müəllifi olduğu filmlərə retrospektiv baxış da silsilə tədbirlərin bir hissəsidir.
Sentyabrın 10-da Nizami Kino Mərkəzində layihənin açılışı olub. Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq Maqsud İbrahimbəyovun kino yaradıcılığı haqqında ətraflı məlumat verib.
Sonra Xalq yazıçısı Natiq Rəsulzadə, Əməkdar jurnalist Nadejda İsmayılova, Əməkdar incəsənət xadimi Ayaz Salayev, "Balans" studiyasının direktoru Vahid Mustafayev çıxış edərək ədibin Azərbaycan ədəbiyyat və mədəniyyətinin inkişafına verdiyi töhfələrdən danışıblar.
Yaradıcılıq Mərkəzinin rəhbəri, yazıçının həyat yoldaşı Anna İbrahimbəyova layihənin təşkilinə dəstək verən qurumlara və tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Sonda kinosevərlər “Balans” studiyasının bərpa etdiyi, ssenari müəllifi M.İbrahimbəyov olan “Bizim Cəbiş müəllim” bədii filmini (rejissor Həsən Seyidbəyli, 1969) izləyiblər.
Qeyd edək ki, sentyabrın 13-dək davam edək retrospektiv baxış çərçivəsində “Uşaqlığın son gecəsi” (“Azərbaycanfilm”,1968) “Truskavetsə kim gedəcək?” (“Tacikfilm”,1977, rus dilində) və “Dəniz” (“Azərbaycanfilm”, sənədli film, 1965) filmləri nümayiş etdiriləcək.






8Источники
-
manset.azMaqsud İbrahimbəyovun filmləri nümayiş etdirilir - FOTOLAR ( 21250903)
-
kulis.azMaqsud İbrahimbəyovun filmlərinin nümayişinə başlanılıb ( 21233440)
-
kulis.azMaqsud İbrahimbəyovunfilmlərinin nümayişinə başlanılıb ( 21233197)
-
kulis.azMaqsud İbrahimbəyovun müəllifi olduğu filmlərin nümayişinə başlanılıb ( 21232657)
-
demokrat.azMaqsud İbrahimbəyovun 90 illiyi münasibətilə ssenari müəllifi olduğu filmlər nümayiş etdirilir — FOTOLAR ( 21230539)
-
bakivaxti.azMaqsud İbrahimbəyovun 90 illiyi münasibətilə ssenari müəllifi olduğu filmlər nümayiş etdirilir ( 21227281)
-
bakivaxti.azMaqsud İbrahimbəyovun 90 illiyi münasibətilə ssenari müəllifi olduğu filmlər nümayiş etdirilir ( 21227266)
-
anspress.comMaqsud İbrahimbəyov - 90 il ( 21221473)