RU

Fərid Osmanov: Məqsədimiz Azərbaycanı İT sahəsində regional haba çevirməkdir

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi olaraq, ölkəmizdə beynəlxalq İT təşkilatlarının yerləşməsi, formalaşması və bununla müvafiq bilik və bacarıqlara yiyələnən mütəxəssislərin yetişdirilməsi və əmək bazarına sürətlə inteqrasiyasını dəstəkləyirik".

Oxu.Az xəbər verir ki, bu sözləri "Andersen Lab" beynəlxalq İT şirkətinin ölkəmizdəki mərkəzinin açılış mərasimində İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov deyib.

Agentlik sədri mərkəzin fəaliyyət istiqamətlərindən və hədəflərindən bəhs edib:

"Qeyd edilən təşəbbüs çərçivəsində "Andersen Lab"ın ölkəmizdəki fəaliyyəti artıq başlayıb. Belə ki, sözügedən proqrama ölkəmizdə 14 mindən çox müraciət olub və 210 nəfər təlim üçün müraciət edib. Hazırda onlara aidiyyəti istiqamətlər üzrə təlimlər keçirilir.

Proqram unikallığı ilə seçilir. Belə ki, burada yalnız nəzəri biliklər verilmir, eyni zamanda, real beynəlxalq layihələrə azərbaycanlı mütəxəssislər cəlb olunacaqlar. Bu da təbii ki, ölkəmizin beynəlxalq səviyyədə İKT ixracına, mütəxəssislərin yetişməsinə və əmək bazarına inteqrasiyasına, eyni zamanda, "Andersen Lab" mərkəzlərində təcrübə keçməsinə müsbət təsir göstərəcək və əlavə imkanlar yaradacaq".

Fərid Osmanov bu sahədə Azərbaycanın regionlarında da "Andersen Lab" ilə birgə fəaliyyətin müzakirə olunduğunu, həmçinin müxtəlif beynəlxalq şirkətlərlə əməkdaşlığın davam etdiyini bildirib:

"Məqsədimiz ölkəmizi regional səviyyədə İT-haba çevirməkdir.

Hazırda İT istiqamətində müxtəlif beynəlxalq şirkətlərlə müzakirələrimiz davam edir. Artıq "EPAM Systems"in ölkəmizə yerləşməsi ilə bağlı işlər yekunlaşmaq üzrədir. Müxtəlif beynəlxalq şirkətlərlə bu istiqamətdə işlərimizi davam etdiririk".

Söhrab İsmayıl

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
1
oxu.az

2Источники