RU

İlqarə Kazımova bu səbəbdən verilişlərə çıxmır - iLK DƏFƏ AÇIQLADI

Müğənni İlqarə Kazımova illər sonra ilk dəfə verilişə qonaq olub.

BAKU.WS xəbər verir ki, "Öz aramızda" verilişinə dəvət olunan sənətçi efirlərdə olmamasının səbəbini açıqlayıb.

İlqarə bildirib ki, o səhnədə oxumağı verilişdə hər hansı bir mövzuda fikir bildirməkdən üstün tutur. Bu səbəbdən də verilişlərə çıxmır:

"Mən verilişlərə çıxmağı çox da sevmirəm. Səhnədə mahnı oxumaq efirə çıxıb hər hansı mövzu haqqında danışmaqdan daha maraqlıdır. Həmçinin yeni layihəm olmadan mən tamaşaçı qarşısına çıxmağı sevmirəm. İrəlidə gözəl mahnılarım olacaq. Hamısını bir-bir təqdim edəcəyəm".

Xatırladaq ki, İlqarə Kazımova bir müddət əvvəl sənət qayıtdığını və bundan sonra müntəzəm olaraq yeniliklərlə tamaşaçılar qarşısına çıxacağını bildirib.

Избранный
11
2
far.az

3Источники