ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu sözləri Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas mətbuata açıqlamasında dilə gətirib. O vurğulayıb ki, Aİ Fələstinin hüquqlarının fəal müdafiəçisinə çevrilib. "Hərçənd, təəssüf ki, bu kifayət deyil. Gündən-günə şiddətlənən böhranı dayandıra bilmirik. Çünki, bildiyiniz kimi, İsrailin hökuməti və ordusu Vaşinqtondan davamlı dəstək alır", – xanım diplomat söyləyib.
Aİ İsraillə ticarət əlaqələrini kəsmək niyyətindədir
Digər tərəfdən, Avropa Komissiyası İsrail Hərbi Hava Qüvvələrinin Qətərə gözlənilməz hücumu fonunda bu ölkənin bir sıra nazirinə qarşı sanksiya irəli sürməyi və Avropa İttifaqının (Aİ) İsrail hökuməti ilə ticarət sazişini qismən dayandırmağı planlaşdırır. Komissiyanın sədri Ursula fon der Lyayen dünən Strasburqda Avropa Parlamentində çıxışı əsnasında məlumat verib ki, İsrailin vətəndaş cəmiyyətinə təsir göstərməməyə çalışılaraq, bu ölkəyə dəstəyi dayandırılacaq. Xatırladaq ki, dünən İsrail Hərbi Hava qüvvələri Qətərin paytaxtı Dohada HƏMAS terror təşkilatının bir sıra ali liderinin toplaşdığı nöqtəyə aviazərbə endirib. Hücumun nəticələri hələlik aydın deyil. Bir sıra dünya lideri, o cümlədən ABŞ Prezidenti Donald Tramp İsrailin bu gözlənilməz hücumunu pisləyib. Firudin Həmidli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.