RU

Türkiyəli mafiya başçısı Slovakiyada saxlanıldı – FOTO

Türkiyəli mafiya başçısı, “Cəhənnəm Necati” ləqəbli Necati Coşkun Arabacı Slovakiyada saxlanılıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Hells Angels” adlı cinayətkar dəstəsinin lideri Necati Coşkun Arabacı Slovakiyanın Nitra şəhərində restoranda yemək yeyərkən xüsusi təyinatlı polis bölməsinin əməkdaşları tərəfindən tutulub.

Arabacı bir neçə saat polis nəzarətində olub və ifadə verib. O, 30 gün ərzində ölkəni tərk etmək şərti ilə sərbəst buraxılıb.

Qeyd edək ki, “Cəhənnəm Necati” başqa bir cinayət təşkilatının lideri olan Ayhan Bora Kaplanın oğlunun sünnət toyunda taxdığı zinət əşyaları ilə gündəmə gəlmişdi.

O, “silahlı cinayət təşkilatı qurmaq və ona rəhbərlik etmək” və “qəsdən yaralama” kimi çoxsaylı cinayətlərdən ümumilikdə 68 il həbs cəzasına məhkum edilən Kaplanın oğluna külli miqdarda qızıl bilərziklər hədiyyə etmişdi.

Arabacının adı insan alveri, narkotik satışı, hücum, oğurluq, saxta sənəd düzəltmək kimi müxtəlif cinayətlərlərdə hallanır.







Bizim.Media

Избранный
14
bizim.media

1Источники