RU

Bu ərazilərdə daha 11 məktəb açılacaq Yenilənib

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbəqədər təhsil müəssisəsində 243 uşaq tədrisə cəlb olunub”.

“Qafqazinfo” verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün keçirilən brifinqdə deyib.

E. Əmrullayev bildirib ki, bu ərazilərdə daha 6 məktəbəqədər təhsil müəssisəsinin istifadəyə verilməsi planlaşdırılır.

Nazir həmçinin qeyd edib ki, növbəti tədris ilindən Ağdam, Ağdərə, Xocalı, Cəbrayıl və Kəlbəcərdə 11 ümumi təhsil müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır: “Qarabağ və Şərqi Zəngəzurda 14 məktəb fəaliyyət göstərir. Həmin məktəblərdə 2 min 807 şagird, 334 heyət üzvü var”.

***

E. Əmrullayevin sözlərinə görə, yeni tədris ilindən Qarabağ Universitetində 2 mindən çox tələbə təhsil alacaq.

O bildirib ki, Qarabağ Universitetində ilk dəfə tibb ixtisası üzrə 70 nəfər, tibb bacısı (qardaşı) ixtisası üzrə 30 nəfər tələbə adını qazanıb.

Fidan Etibar

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
qafqazinfo.az

1Источники