İsrailin baş naziri Benyamin Netanyahu Qətərin Dohada Həmas liderlərinə zərbələr endirdikdən sonra ilk dəfə adını çəkərək, bu ölkənin hakimiyyətini “terrorçulara sığınacaq verməkdə” ittiham edib. Bu barədə rəsmi məlumatı Baş Nazirlik yayıb.
"Mən Qətərə və terrorçulara sığınacaq verən bütün ölkələrə deyirəm: "Ya onları qovacaqsan, ya da məsuliyyətə cəlb edəcəksən. Çünki etməsən, biz edəcəyik".
O, çıxışı zamanı Fələstin hərəkatının Siyasi Büro üzvlərinə hücumu 11 sentyabr terror aktından sonra Amerika xüsusi xidmət orqanlarının Əfqanıstanda Əl-Qaidə terrorçularının (Rusiyada qadağan olunmuş təşkilat) təqib etməsi, həmçinin Pakistanda Üsamə bin Ladenin məhv edilməsi ilə müqayisə edib.
İsrail baş nazirinin sözlərinə görə, İDF 7 oktyabr 2023-cü il hadisələrinin təşkilatçılarını təqib etməkdə eyni prinsip əsasında hərəkət edib. Netanyahu Qətəri təkcə sığınacaq verməkdə deyil, həm də HƏMAS-ı maliyyələşdirməkdə ittiham edib.
Əziz Mustafa