RU

Kallas Polşa insidentindən sonra Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi vəd edib

Bakı. Trend:

Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi KayaKallas Polşa səmasında baş vermiş insidentdən sonra Rusiyaya qarşısanksiyaların gücləndiriləcəyini vəd edib.

Trend xəbər verirki, bu barədə Avropa Komissiyasının rəsmi saytında dərc olunanbəyanatda deyilir.

Onun sözlərinə görə, Rusiyanın Avropanın hava məkanını pozmasıAİ-nin Ukrayna və onun xalqına dəstəklə bağlı qətiyyətini vəhərtərəfli, ədalətli və dayanıqlı sülh meyillərini daha damöhkəmləndirmiş olub.

“Gələcəkdə biz bunun Moskva üçün bədəlini qaldıracağıq, belə ki,Rusiya və onun müttəfiqlərinə qarşı sanksiyaları əhəmiyyətlişəkildə sərtləşdirəcəyik. Biz, eyni zamanda, müharibənin başçatdırılması məqsədilə Rusiyaya təzyiqin göstərilməsi üçünbeynəlxalq tərəfdaşlarla işləyəcəyik”, - deyə Kallas bildirib.

Xatırladaq ki, sentyabrın 10-a keçən gecə Polşa və NATO-ya aidqırıcılar Polşanın hava məkanını pozmuş bir neçə Rusiya PUA-sınızərərsizləşdirib. NATO yaranmış insidentlə bağlı Şimali AtlantikAlyans müqaviləsinin 4-cü maddəsini tətbiq edib.

Məqalədə:
Избранный
69
az.trend.az

1Источники