"Məktəblərdə fond pulu adı altında vəsait yığılması qanunsuzdur".
Adalet.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə jurnalistlərin sualını cavablandırarkən deyib.
O bildirib ki, valideynlər belə halla qarşılaşarsa, rəsmi şəkildə nazirliyə şikayət etməlidir.