RU

Nazirdən ÖZƏL AÇIQLAMA: "Kənd təsərrüfatı məhsullarının dünya bazarına çıxışı GENİŞLƏNƏCƏK"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Kənd təsərrüfatı məhsullarının istehsalında beynəlxalq ixrac sertifikatlarının dövlət tərəfindən təşviq olunmasını həyata keçirməyi düşünürük".
Bu fikri Oxu.Az-a açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
Nazir bildirib ki, ərzaq təhlükəsizliyini təmin etmək üçün bir neçə mühüm istiqamətdə addım atılır:
"Ən çox istifadə etdiyimiz alət olan subsidiyanı qeyd edə bilərik. Artıq müasir suvarma sistemlərinin tətbiqi genişlənib. Bundan başqa, tarla qoruyucu zolaqların salınmasının maliyyələşdirilməsinə başlamışıq. Həmçinin əkin dövriyyəsinə riayət olunması üçün dincə qoyulmuş torpaqlar üzrə subsidiyanın verilməsinə bu ildən başlayırıq".
M.Məmmədov vurğulayıb ki, atılan bu addımlar müasir suvarmanın tətbiqinə, nəmliyin və torpaqda rütubətin qorunmasına xidmət edir:
"İnanırıq və əminik ki, bu addımların hər biri öz müsbət təsirini göstərəcək".
Nazir kənd təsərrüfatı məhsullarının dünya bazarına çıxışını genişləndirmək üçün atılan addımlardan da danışıb:
"Kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılması üçün lazım olan beynəlxalq ixrac sertifikatlarının dövlət tərəfindən təşviq olunmasını həyata keçirməyi düşünürük.
Aqrar məhsulların ixracatı var, amma ixrac həcminin artırılması üçün məhsulların beynəlxalq standartlara cavab verdiyinə əmin olmalıyıq".
Məhərrəm Əliyev
Избранный
37
oxu.az

1Источники