RU

Pərakəndə ticarət dövriyyəsi 4%-ə yaxın artıb

2025-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,4 milyard manatlıq mal və məhsul satılıb. Bu isə ötən ilin eyni dövrünə nisbətən 3,7% çoxdur.

"APA-Economics" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Pərakəndə ticarət dövriyyəsinin 22,2 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 18,2 milyard manatı qeyri-ərzaq mallarının payına düşüb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə dövriyyə 1,3 faiz, qeyri-ərzaq malları üzrə isə 6,7 faiz artıb.

2025-ci ilin yanvar-avqust aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,7 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 12,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi avtomobil benzini və dizel yanacağının, 4,8 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 faizini təşkil edib.

2025-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,0 faiz, fərdi sahibkarlar üzrə 1,0 faiz, bazar və yarmarkalarda isə 3,9 faiz artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 493,6 manatlıq, o cümlədən 271,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 222,2 manatlıq qeyri-ərzaq malları alıb.

Избранный
14
7
apa.az

10Источники