Reyting.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Müəllimlərin işə qəbulu (MİQ) hamı üçün ödənişli olmayacaq, ilk dəfə iştirak edənlər, şəhid ailələrinin üzvləri və digər xüsusi şəxslər üçün imtahan ödənişsiz olacaq.Reyting.az xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün brifinqdə deyib."MİQ imtahanı üçün 60 min adam müraciət edir, 48 min nəfər gəlir, bu bizim üçün əlavə xərcdir. 12 min şəxsin gəlməməsi onlara ayrılmış texniki resursun istifadə olunmaması deməkdir. MİQ imtahanının qiyməti çox yüksək olmayacaq. Məqsəd pul yığmaq deyil, məsuliyyət yaratmaqdır", - nazir bildirib.(APA)
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.