RU

Qarabağ və Şərqi Zəngəzurda 350 milyon kubmetr su ehtiyatının yaradılması planlaşdırılır - ADSEA

Bakı. Trend:

Şərqi Zəngəzur və Qarabağ üzrə 10 şəhər və 79 yaşayışməntəqəsinin su təchizatı ilə təmin olunması üçün layihə-smetasənədləri artıq təsdiqlənib.

Trend xəbər verir ki, bunu Azərbaycan Dövlət Su EhtiyatlarıAgentliyi (ADSEA) sədrinin müavini İlham Bayramov Bakıda keçirilən2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - “Baku WaterWeek”in (Bakı Su Həftəsi) ikinci günündə çıxışı zamanı deyib.

O bildirib ki, bir neçə su anbarlarının - Xaçınçay, Köndələnçayanbarlarının təmir-bərpa işləri təmin olunub: "Zabuxçay suanbarının inşası və Zabuxçaydan çıxan 51 km uzunluğunda magistralboru xəttinin inşası həyata keçirilib. Eyni zamanda bu regiondaHəkəriçay və Bərgüşadçay su anbarlarının inşası istiqamətində işləraparılır".

"Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzurda 350 milyon kubmetr suehtiyatının yaradılması planlaşdırılır", - deyə sədr müavinivurğulayıb.

Избранный
16
2
az.trend.az

4Источники