RU

“Magistr təhsili alana hansısa üstünlük tanınmır”

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Builki qəbul imtahanlarında gördük ki, magistr təhsili ilə bağlı çox yerlər boş qaldı. Birinci turda təxminən 3348 nəfər, ikinci turda 617 nəfər qəbul olundu və 2731 yer boş qaldı”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Buna bir neçə səbəb görmək olar. Birincisi, universitetlərin hamısı magistrla bağlı plan yerləri verir. Təxminən 16 min 794 magistr plan yeri verilib. Kadr hazırlığı üçün potensialı oldu-olmadı bütün universitetlər plan yeri verir, buna baxılmalıdır. Eyni zamanda, magistr təhsilini bitirəndən sonra işə qəbul prosesində magistrla bakalavr məzunu arasında heç bir fərq qoyulmur”, - deputat bildirib.

O qeyd edib ki, magistr təhsili alana hansısa üstünlük tanınmır:

“Bu da magistr təhsilinə marağı getdikcə azaldır. Hesab edirəm ki, “Ali təhsil haqqında” Qanun qəbul olunan zaman magistr təhsilinə tələbləri və həmin şəxslərə üstünlükləri tanımalıyıq ki, layiq olduqları dəyəri görmələrinə gətirib çıxarsın”.

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
1
qafqazinfo.az

2Источники