RU

Millinin baş məşqçisi qovuldu

Venesuela millisinin baş məşqçisi Fernando Batista vəzifəsindən göndərilib.

Msport.az xəbər verir ki, qərarın komandanın nəticələrinin qənaətbəxş olmaması səbəbindən verildiyi bildirilib.

DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində 18 xalla 8-ci yeri tutan kollektiv final mərhələsinə vəsiqə qazana bilməyib.

Qeyd edək ki, 55 yaşlı argentinalı mütəxəssis 2023-cü ilin martından komandanı çalışdırırdı. Venesuela millisi F.Batistanın rəhbərliyi altında keçirdiyi 28 oyunda 9-da qələbə qazanıb, 8 dəfə heç-heçə edib, qalan görüşlərdə isə məğlub olub.

Избранный
25
1
msport.az

3Источники