RU

Polşa Belarusla sərhədi qeyri-müəyyən müddətə bağlayır

Polşa-Belarus sərhədi qeyri-müəyyən müddətə bağlanacaq, tədbir Zapad-2025 təlimlərinin tarixi ilə bağlı deyil.

Ucnoqta.az xəbər verir ki, bunu Polşa Daxili İşlər Nazirliyinin rəhbəri Marçin Kervinski TOK.FM radiostansiyasının efirində deyib.

“Vurğulamaq istəyirəm ki, bu, Zapad-2025 təlimləri zamanı sərhədin müvəqqəti bağlanması deyil. Sərhəd qeyri-müəyyən müddətə bağlıdır və yalnız vəziyyət tam təhlükəsizliyə imkan verdikdə açılacaq”, - deyə o bildirib.

Eyni zamanda nazir vurğulayıb ki, Polşa hakimiyyəti “zərurət yaranmayınca sərhədi bir gün də bağlı saxlamaq niyyətində deyil”.

Избранный
11
ucnoqta.az

1Источники