RU

Bakıda tarixi abidədən qanunsuz istifadənin qarşısı alınıb

Bakıda Yasamal rayonu, Zərgərpalan küçəsi 48 ünvanında yerləşən və yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş hamamın qanunsuz istifadə edildiyi müəyyən olunub.

Kulis.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat verib.

Bildirilib ki, araşdırma zamanı təqdim edilən icarə müqaviləsinin müddətinin bitdiyi aşkar edilib.

"Qanunvericiliyə uyğun olaraq, tarix və mədəniyyət abidələrinin elmi, mədəni, dini, xidməti və turizm məqsədləri üçün istifadəsi, onların icarəyə verilməsi və yerli əhəmiyyətli memarlıq abidələrinin özəlləşdirilməsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin razılığı ilə həyata keçirilməlidir. Sözügedən qeyri-yaşayış sahəsinin istifadəsi, o cümlədən icarəyə verilməsi aidiyyəti üzrə razılaşdırılmadan aparıldığı müəyyən edilib", - məlumatda vurğulanıb.

Dövlət Xidməti tərəfindən görülən tədbirlər nəticəsində abidədən qanunsuz istifadənin qarşısı alınıb.

Избранный
20
22
kulis.az

10Источники