RU

İğtişaşların səbəbi: Nepal uğrunda Çin-ABŞ savaşı?

Nepal Çin, hətta Rusiya təsirindən çıxdı, Qərb təsirinə keçəcək. Qərb bölgədə olmadığı üçün yəqin ki, yenə də Hindistan bölgəyə nəzarət edəcək.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev nepalda baş verən iğtişaşlar haqda danışarkən deyib.

“Nepal həmişə Böyük Britaniyanın və Hindistanın təsiri altında olub. Böyük Britaniya ərazidən çəkildikdə isə bölgə Nepal və Butan olmaqla iki ölkəyə ayrıldı. Hansı ki, həmin ölkələrin xarici siyasəti Hindistanın nəzarətində idi.

Ancaq bir neçə il öncə ölkədə Çin tərəfindən dəstəkləndiyi iddia olunan qəribə hadisə baş verdi, yəni kral ailəsində gənc şahzadə psixoloji sarsıntı keçirərək özünü və ailəsini öldürdü. Nəticədə ölkə rəhbərsiz qaldı. Daha çox sosialist-solçu-kommunist, xüsusilə də maoist partiyalar hakimiyyəti ələ keçirdilər. Beləliklə Nepal Hindistanın təsirindən çıxıb, Çinin təsirinə düşdü.

Son günlərdəki hadisələr də sosial medianın qadağan olunmasından sonra başlamış etirazlardır. Ancaq bu gərginlikdən xarici qüvvələr, xüsusilə Hindistan, ABŞ və Böyük Britaniya istifadə edərək Çinin təsirini azaltmağa çalışacaqlar. Əgər Nepal prezidenti digər nazirlər kimi istefa versə, Kommunist Partiyası məcbur şəkildə hakimiyyətdən getməli olacaq. Bu da o deməkdir ki, hakimiyyətə başqa partiyalar gələcək.

Qısaca desək, Rusiya-Çin blokunun nəzarətində olan ölkələrin sayı azalır”, - deyə politoloq bildirib.

Избранный
27
2
axar.az

10Источники