RU

“Marsel”in hücumçusu “Bavariya”nın transfer hədəflərindən biri olub

Almaniyanın “Bavariya” klubu transfer pəncərəsinin son günlərində Fransanın “Marsel” klubunun hücumçusu Amin Quirini heyətə qatmaq imkanını nəzərdən keçirsə də reallaşmayıb.

90deqiqe.Az-ın "Foot Mercato"ya istinadən məlumatına görə,  25 yaşlı futbolçu “Bavariya”nın namizədlərindən biri olub, lakin klub əvvəlcə “Çelsi”dən icarəyə götürdüyü Nikolas Ceksonla müqavilə bağlayıb.

Məlumata görə, “Bavariya” Əlcəzair millisinin üzvünün agentləri ilə rəsmi əlaqə saxlamayıb, həmçinin futbolçunun “Marsel”dən ayrılmaq niyyətində olmadığı bildirilir.

Quiri yanvar ayında “Marsel”ə qoşulub və keçən mövsümdə klub səviyyəsində 34 oyuna çıxaraq 13 qol vurub, 5 məhsuldar ötürmə edib. O, əvvəlki mövsüm “Ren”də çıxış edərkən 20 oyunda 3 qol və 2 assist göstərib.

Избранный
30
90deqiqe.az

1Источники