RU

O qədər sınıram ki, küskünləşirəm

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Əməkdar artist Könül Kərimova maraqlı açıqlamalar verib. 

Milli.Az xəbər verir ki, sənətçi verilişlərdən şikayət edərək, aparıcıları hədəf alıb:

"İndi çıxıb ağzına gələni danışır və həmin an məşhur olur. Adi bir şeydən məndə ruh düşgünlüyü yaranır. Bu da mənim sənətimə təsir edir. Zeynəb Xanlarova simasında müğənnilik sənətinə gözəl baxırdılar. Çox savadsız ifaçılar baş alıb gedir. Bunun günahı televiziya və bəzi aparıcılardadır. Gətirib haralara çıxarırıq, sonra deyirik ki, bunlar niyə belə çaşıblar? Yaxşılardan müğayiət olaq, pislər özlərinə yer tapacaqlar. Savadsızlar bunu başının telindən tutmuş, ayaqqabısına qədər büruzə verirlər. Hələ utanmasalar sənə, mənə dərs deyərlər. Bu gün də özümdən 5 yaş böyük sənətkar görəndə durub yer verirəm. Onlar əyləşir, deyir, hə gəl... Elə bilirsən hamı məni bəyənir? Yox... Onları görəndə ikiqat əyilirdim. O qədər sınıram ki, küskünləşirəm. Niyə ürəyimin açıqlığından istifadə edirsiniz? Sənət aləmində mənim qədər gənclərə dəstək olan ikinci adam yoxdur. Amma həmişə də nankorluq görmüşəm".

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
20
1
news.milli.az

2Источники