RU

MQ-28 pilotsuz döyüş təyyarəsinin bir sıra sınaqları yerinə yetirilib

ABŞ-ın “Boeing” şirkəti və Avstraliya Hərbi Hava Qüvvələri (HHQ) MQ-28 “Ghost Bat” pilotsuz döyüş təyyarəsinin (PDT) əməliyyat qabiliyyətini nümayiş etdirən sınaqları uğurla tamamlayıblar.

“Poliqon” “Boeing” istinadən xəbər verir ki, Avstraliya HHQ tərəfindən müəyyən edilmiş sınaqlarda MQ-28, mövcud ekipajlı platformaların imkanlarını tamamlayan və gücləndirən, habelə əməliyyat baxımından əhəmiyyətli bir sıra missiyaları yerinə yetirib.

Qeyd edək ki, MQ-28 “Ghost Bat” (əvvəllər “Loyal Wingman” adlandırılırdı) pilotsuz döyüş təyyarəsi “Boeing”in törəməsi olan “Boeing Australia” şirkəti və Avstraliya müdafiə sənayesinin mütəxəsisləri tərəfindən Avstraliya HHQ üçün hazırlanıb.

2021-ci ilin martında ilk uçuş sınağı keçirilən MQ-28 “Ghost Bat”ı Avstraliya Müdafiə Nazirliyi “daha bahalı pilotlu təyyarələr üçün qalxan” adlandırır. Onun əsas xüsusiyyəti modul quruluşda olmasıdır. Belə ki, o, müxtəlif burun modulları ilə təchiz oluna, həmçinin kəşfiyyat modulları və ya silahlar daşıya bilir.

MQ-28-in prototipləri və rəqəmsal versiyaları artıq 150 saatlıq real uçuş və 20000+ saatlıq virtual testləri tamamlayıblar. PDT-dən “hava-hava” tipli raketlərin atışının bu ilin sonlarında və ya 2026-cı ilin əvvəllərində həyata keçirilməsi planlaşdırılır.

Şirkətin bildirdiyinə görə, 2025-ci il ərzində təsdiqlənmiş qabiliyyətlər artıq istehsalda olan Block 2 PDT-lərə daxil ediləcək.

Избранный
15
poliqon.az

1Источники