RU

Ermənistanda merin oğlunu TUTDULAR

Ermənistanda Gümrü şəhərinin meri Vardan Qukasyanın oğlu Spartak Qukasyan sentyabrın 11-də səhər saatlarında saxlanılıb. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Merin oğlu müstəntiqin qərarına əsasən saxlanılıb.

Öz növbəsində Ermənistan İstintaq Komitəsi bir nəfərə qarşı Cinayət Məcəlləsinin 258-ci maddəsinin 1-ci hissəsinin 4-cü bəndi ilə ictimai cinayət təqibinin başlandığını bildirib.

Spartak Qukasyan səhər saatlarında bir yaş yarımlıq körpəsini götürdüyü bağçanın girişində saxlanılıb. Maşında Qukasyanın ikinci uşağı da olub.

Güman edirlər ki, bu, onun atasına, müxalifətçi bələdiyyə sədrinə təzyiq etmək üsuludur.

Həmçinin ehtimal edilir ki, bu, Spartak Qukasyanın Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Ajapaxyanın işi üzrə məhkəmə iclasında iştirakı ilə birbaşa bağlıdır.

Избранный
26
1
modern.az

2Источники