RU

Dani Kintana: Onun vasitəsi ilə təbriklərimi çatdırdım

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Qarabağ" sabiq futbolçusu Dani Kintananın Sport24.az-a müsahibəsi - Keçmiş komandanın oyunlarını izləyirsən?- Bəli. "Qarabağ"ın bütün matçlarına baxıram. Həm yerli çempionatdakı, həm də avrokubok görüşlərini izləyirəm. Orada çox xoşbəxt idim. Bu səbəbdən xüsusi sevgi bəslədiyim klubdur.

- "Qarabağ" Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb. Sənin oynadığın dönəmdə də qrup mərhələsinə yüksəlmisiniz. Bu barədə nə deyə bilərsən?- Bunun üçün çox xoşbəxtəm. Bu uğurun klub və ölkə üçün necə vacib olduğunu bilirəm. Bundan həzz almalısınız. Çünki dünyanın ən önəmli klub turnirində siz də varsınız. "Qarabağ" orada oynamağa layiqdir.

- "Qarabağ"ın növbəti dəfə bu nailiyyətə imza atacağına inanırdın?- Hazırda çox yaxşı kollektivləri var. Pley-offda Macarıstan təmsilçisi "Ferentsvaroş"la görüşləri də izləmişəm. Cavab qarşılaşmasında məni çox həyəcanlandırdılar. Amma yekunda məqsədlərinə çatdılar və bunun üçün sevinirəm.

- Bəs sabiq komandanı təbrik etmisən?- Əlbəttə. Klubun tərcüməçisi Elvarla danışmışdım. Onun vasitəsi ilə təbriklərimi çatdırdım.

- Azərbaycanda hansısa futbolçularla əlaqələn qalıbmı?- Bəli. Mən vaxtaşırı bəzi keçmiş komanda yoldaşlarımla danışıram, söhbət edirəm. Hazırkı heyətdə Şahrudin Məhəmmədəliyevlə əlaqə saxlayıram. Bakı və "Qarabağ"la bağlı çox yaxşı xatirələrim var.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
1
sport24.az

2Источники