RU

Formula 1 : Bakı küçələri pik saatlarda açıq olacaq

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Bakı küçələri bu il də yarış həftəsində səhər və axşam saatlarında açıq olacaq.

APA xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasının (BŞH) məlumatında bildirilib.

Qeyd edilib ki, 19-21 sentyabrda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi 2025 çərçivəsində paytaxt küçələrinin müəyyən hissələri nəqliyyat üçün istifadəyə veriləcək.

"Şəhər sakinlərinin rahatlığı üçün tranzit dəhlizlər bu il də fəaliyyət göstərəcək. Beləliklə, 15–17 sentyabr tarixlərində səhər saat 07:00–09:00 və axşam saat 18:00–20:00-da, 18 sentyabrda isə səhər 07:00–09:00 və axşam 20:00–22:00-da trekin bəzi hissələrindən nəqliyyat vasitələrinin hərəkəti mümkün olacaq.

Giriş nöqtələri:

● Salyan şosesindən → Neftçilər prospekti və Azneft dairəsi

● M. Lermontov küçəsindən → BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət

● S. Vurğun küçəsindən → Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti

● Bülbül prospektindən → Xəqani küçəsi və Neftçilər prospekti

● Nizami və Puşkin küçələrinin kəsişməsindən → Xəqani küçəsi

Çıxış nöqtələri:

● Neftçilər prospektindən → Bakı Dəniz Limanı və Crescent Mall

● İstiqlaliyyət küçəsindən → Azərbaycan prospekti

● Neftçilər prospektindən → Azneft dairəsi və Dəniz Mall

Məlumatda deyilir ki, bu yollar yalnız tranzit məqsədilə nəzərdə tutulur, dayanma və parklama qadağandır", -

Qeyd edilib ki, Bakı "Formula 1" üzrə nadir şəhər traslarından biridir ki, yarış həftəsində belə pik saatlarda yollar açılır: "2024-cü ildə isə yarışdan sonra Bakı rekord sürətlə əvvəlki ritminə qayıdıb və cəmi 16 saata qoruyucu baryerlərin 60%-i sökülərək ərazidən çıxarılıb və şəhər bir gün ərzində tam bərpa olunub. Beləliklə, həm yarışın təşkili, həm də şəhər sakinlərinin gündəlik rahatlığı paralel şəkildə təmin edilir".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
28
apa.az

10Источники