RU

KİV: Polşa hava məkanına daxil olan dronların məhvi NATO ya 1,2 milyon avroya başa gəlib

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Polşa hava məkanına daxil olan Rusiya pilotsuz uçuş aparatlarının məhvi NATO-ya 1,2 milyon avroya başa gəlib.

APA xəbər verir ki, bu haqda “Bild” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, pilotsuz uçuş aparatlarını vurmaq üçün F-35 qırıcıları və hər biri təxminən 400 min avro olan “AIM-9 Sidewinder” raketləri istifadə olunub və ümumilikdə üç raket atılıb.

Eyni zamanda, bir pilotsuz aparatın dəyəri bir neçə min avro ilə ölçülür.

Bildirilir ki, NATO-nun yüksək vəzifəli rəsmisi F-35-lərin pilotsuz aparatları məhv etmək üçün davamlı istifadəsinin mənasız olduğunu qəbul edib və Alyansın digər ucuz variantları nəzərdən keçirdiyini qeyd edib.

Nəşr yazır ki, NATO dornlarla ucuz mübarizə üsullarını Ukraynadan öyrənə bilər, çünki Ukrayna dronları mobil atəş qrupları ilə vurur və onların aşkarlanması üçün xüsusi avadanlıqlara malikdir.

Qeyd edək ki, 10 sentyabr gecə saatlarında Polşa və NATO havadan müdafiə sistemləri Rusiya ərazisindən Polşanın hava məkanına daxil olan çoxsaylı dronları zərərsizləşdirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
8
5
apa.az

6Источники