“Zirə” yeni futbolçu ilə anlaşıb.
QOL.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir. Komanda Enrike Kustodionu heyətinə qatıb. Braziliyalı futbolçu ilə 1+1 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, futbolçu daha əvvəl ölkəsinin “Kuritiba”, “Nautiko”, “Parana”, Portuqaliyanın “Portimonense”, “Farense”, B-SAD, “Leyşoyş” klublarında çıxış edib.