RU

Türkiyə üçün HƏYƏCAN TƏBİLİ - 7 bal gücündə zəlzələ olacaq?

Ankarada baş verən 4,1 bal gücündə zəlzələdən sonra Prof.Dr.Naci Görür Çankırı Fay Zonasına diqqət çəkib. O qeyd edib ki, bu zona 7 bal gücündə zəlzələlərə səbəb ola bilər.



Manset.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, AFAD episentri Kalecik rayonu olan zəlzələnin 11 kilometr dərinlikdə baş verdiyini açıqlayıb.

Zəlzələnin ardından şərh verən geoloq Prof. Dr. Naci Görür .

Zəlzələnin Çankırı Fay Zonasının tərs qırılma ərazisində baş verdiyini bildirən Naci, bu qırılma zonasının 7 bal gücünə qədər zəlzələ potensialına malik olduğunu bildirib. 

Professor, "Dağdemir-Kalecik/Ankarada 4,1 bal gücündə dayaz zəlzələ baş verdi. Zəlzələ Çankırı Fayının tərs qırılma zonasında baş verdi. Bu zona 7 bal gücünə qədər zəlzələlər yarada bilər. Təxminən şimala istiqamətlənib və Kırşehir massivinin qərb sərhədini təşkil edir". 

Избранный
15
manset.az

1Источники