RU

CHP də kriz: 15 bələdiyyə sədri...

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) fikir ayrılıqları yaşanmağa davam edir.

“Cebheinfo.az” xəbər verir ki, növbəti fikir ayrılığı İstanbul rayon təşkilatı barədə verilən qəyyum qərarı ilə bağlı olub. Belə ki, Gürsel Tekinin məhkəmə qərarı ilə sədr təyin olunmasına CHP cəbhəsindən təpkilər gəlməyə davam edir.

Onun binaya girərkən polislə partiya üzvləri arasında toqquşma yaşanması xeyli təpki çəkmişdi. Bunun ardından CHP-li bələdiyyə sədrləri tənqidi paylaşımlar etdilər. Lakin İstanbuldakı 26 bələdiyyə sədrindən çoxu səssiz qaldı.

Daha dəqiq desək, 15 bələdiyyə sədrinin məsələyə reaksiya verməməsi və paylaşım etməməsi diqqət çəkdi. Onların dövlətlə qarşı-qarşıya gəlməyi doğru hesab etmədikləri deyilir. 

Səssiz qalanlar arasında Ataşehir Onursal Adıgözəl, Eyüpsultan Bələdiyyə sədri Mithat Bülənt Özmən, Kadıköy Bələdiyyə sədri Məsud Kösədağı, Sarıyer Bələdiyyə sədri Oktay Aksu, Silivri Bələdiyyə sədri Bora Balcıoğlu və Tuzla Bələdiyyə sədri Eren Əli Bingöl var.

Maraqlıdır ki, hazırda həbsdə olan bələdiyyə sədrləri belə hadisələrə reaksiya verməyiblər.

Onlar Beşiktaş Bələdiyyə sədri Rıza Akpolat, Avcılar Bələdiyyə sədri Utku Caner Çaykara, Beykoz Bələdiyyə sədri Alaattin Köseler, Bəylikdüzü Bələdiyyə sədri Mehmet Murat Çalık, Qaziosmanpaşa Bələdiyyə sədri Hakan Bahçetepe, Bəyoğlu Bələdiyyə sədri İnan Güney, Böyükçekmece Bələdiyyə sədri Həsən Akgün, Esenyurt Bələdiyyə sədri Əhməd Özər və Şilə Bələdiyyə sədri Özgür Kabadayıdır.

Elmir

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
1
cebheinfo.az

2Источники