ain.az, Cebheinfo saytına istinadən bildirir.
"Bizim Ermənistan-Azərbaycan malları üçün müştərək bazarımız olacaq.
Bizim mağazalarımızda Azərbaycan malları olacaq, erməni malları isə Bakıda və Azərbaycanın digər şəhərlərindəki mağazalarda satılacaq. Bu qaçılmazdır. Ermənilər gedib Azərbaycan benzini alacaqlar, çünki bu, sərfəlidir".
“Cebheinfo.az” xəbər verir ki, bunu sentyabrın 11-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. Parlamentin sədri bir daha vurğulayıb ki, çox qısa müddətdə ermənilərlə azərbaycanlılar alver edəcəklər.
“Tramp marşrutu”na gəlincə, Alen Simonyan Zvartnots hava limanının Argentina şirkəti tərəfindən idarə olunması modelini misal çəkib. "Şərti desək, enerji infrastrukturunun tikintisini erməni şirkəti, dəmir yolunun tikintisini isə başqa şirkət öz üzərinə götürə bilər. Bu məsələləri ortaq erməni-amerikan təşkilatı həll edəcək", - o əlavə edib.
Parlament sədri əmin edib ki, hər şey məlum beş prinsip əsasında həyata keçiriləcək və bu prinsiplərdən kənar heç nə olmayacaq. " Ermənistana bomba daşındığını və onun yarı yolda partladığını bilməməyimiz mümkün deyil. Ermənistan hansı yükün daşındığını biləcək. Bunlar texniki məsələlərdir, hazırda skanerlər və digər texniki vasitələr var", - o, fikrini yekunlaşdırıb.
Xəzər
“Cebheinfo.az”
Açar sözlər:
Alen Simonyan benzin
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.